“Müdaxilə edirdik, edirik və edəcəyik...” - “Putinin aşpazı” ABŞ seçkiləri haqda

“Müdaxilə edirdik, edirik və edəcəyik...” - “Putinin aşpazı” ABŞ seçkiləri haqda

Rusiyanın muzdlu şirkəti olan “Vaqner Qrup”un yaradıcısı Yevgeni Priqojinin son paylaşımı səs-küy  yaradıb.

Sfera.az bildirir ki, “Putinin aşpazı” kimi tanınan Priqojin Moskvanın ABŞ seçkilərinə müdaxilə etdiyini və bundan sonra da müdaxilə edəcəyini bildirib. Rusiya sosial media platforması olan “Vkontakte”də yayımlanan sözügedən açıqlamada "cənablar, müdaxilə edirdik, edirik və edəcəyik. Biz hər zaman etdiyimiz kimi özümüzə uyğun şəkildə, diqqətli, qüsursuz, cərrah kimi müdaxilə edirik. Mövqe müəyyən etmək əməliyyatlarımızda iki böyrəyi və ciyəri eyni anda sökəcəyik", deyə qeyd olunub.

 

Maraqlıdır ki, bu bəyanat ABŞ-da aralıq seçkilərə bir gün qalmış yayımlanıb.  Bu sözlərlə isə rusiyalı iş adamı illərdir rədd etdiyi ittihamları ilk dəfə təsdiqləyib. Digər tərəfdən, Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Priqojinin sözlərinə reaksiya verib. O, “Vaqner Qrupu”nun rəhbərinin açıqlamalarını təəccüblü hesab etməyib və yeni bir şeyin olmadığını deyib. Priqojinin ABŞ, Böyük Britaniya və Avropa Birliyinin sanksiya siyahısında olduğunu qeyd edən sözçü “Yevgeni Priqojinlə əlaqəsi olan şəxslərin ABŞ da daxil olmaqla,  bütün dünyada seçkilərə təsir etmək məqsədi güddükləri hamıya yaxşı məlumdur”, deyə söyləyib.

 

Qeyd edək ki, bu gün ABŞ-da aralıq seçkiləri üçün sorğular başlayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...