Ukraynaya nüvə zərbəsi endiriləcəyi təqdirdə Rusiyanı nə gözləyir?

Ukraynaya nüvə zərbəsi endiriləcəyi təqdirdə Rusiyanı nə gözləyir?

NATO baş katibi Yens Stoltenberqin fikrinə görə kütləvi qırğın silahlarından istifadə genişmiqyaslı müharibənin gedişatını dəyişəcək.
 

Sfera.az xarici mətbuata istinasən bildirir ki, Yens Stoltenberq Ukraynaya nüvə zərbəsi endirilməsi ehtimalın şərh edib.
 

Yeni müsahibəsində Stoltenberq Rusiyanın tam miqyaslı işğalda nüvə silahından istifadə etmə ehtimalının az olduğunu qeyd edib. Buna baxmayaraq Qərb yenə də Kremldən gələn nüvə təhlükəsinə ciddi yanaşır.
 

"Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi riski azdır, lakin nəticələri böyük olacaq. Ona görə də biz bunu çox ciddi qəbul edirik. Rusiya məsuliyyətsiz və ehtiyatsız davranır"- deyə NATO-nun baş katibi qeyd edib.
 

O həmçinin əlavə edib ki, nüvə silahından istifadə münaqişənin gedişatını dəyişəcək.


Stoltenberq hazırda NATO-ya daxil olmaq üçün müəyyən prosedurlardan keçən İsveç və Finlandiyada nüvə potensialının yerləşdirilməsi imkanının real olub-olmayacağı sualını da cavablandırıb. Baş katibin sözlərinə görə, alyans nüvə mövqelərini dəyişməyi və genişlənməyi planlaşdırmır. Yens Stoltenberq ölkələrin təşkilata daha tez qoşulmasına ümid etdiyini bildirib.
 

Bundan əlavə, Stoltenberq Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynaya dəstəyi davam etdirmək lazım olduğunu bildirib. Onun fikrinə görə Rusiyanın qələbəsi bütün dünyaya ziyan vuracaq.
 

"Ukraynanı dəstəkləməyə davam etməyimiz vacibdir. Putinin yox, Ukraynanın qalib gəlməsi hamımız üçün vacibdir" - deyə Yens Stoltenberq bildirib.
 

Bütün bunlara baxmayaraq, Stoltenberq Moskvanın da dünyada aclıq problemini həll etmək üçün hərbi əməliyyatların dayandırılmasını istədiyinə inanır.


Xatırladaq ki, bundan əvvəl Yens Stoltenberq Rusiyanın nüvə silahından istifadə etməsindən sonra NATO-nun birbaşa müharibəyə girəcəyini bildirmişdi.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...