Logo

Kadırovun 16 yaşlı övladına vəzifə verildi

Kadırovun 16 yaşlı övladına vəzifə verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun azyaşlı oğlu Əhməd Kadırov bütün yerli uşaq və gənclər təşkilatlarının rəhbəri təyin olunub.

Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, bundan əvvəl Əhməd Kadırov menecer kimi Rusiya Təhsil Nazirliyindəki Çeçenistan nümayəndə heyətinin üzvü olub.

Maraqlıdır ki, 2020-ci ilin sentyabrında Çeçenistan rəhbərinin qızı Ayşat Kadırova respublikanın mədəniyyət nazirinin birinci müavini postuna təyin olunub. Bir il sonra nazirliyə rəhbərlik edib.

Çeçenistan rəhbəri Ramzan Kadırov isə gözlənilməz etiraf edib. O, özünü Rusiya regionlarının rəhbərləri arasında uzunömürlü adlandırıb və çox uzun müddət qaldığı postu tərk etməyə hazır olduğunu bildirib.

Aysel

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR