Logo

Putin səfərbərliyə cəlb olunanların sayını AÇIQLADI

Putin səfərbərliyə cəlb olunanların sayını AÇIQLADI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada qismən səfərbərlik çərçivəsində orduya 318 min nəfər cəlb olunub.

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidenti Vladimir Putin açıqlayıb.

Onun sözlərinə görə, həmin şəxslərin 49 mini artıq döyüş tapşırıqları icra edir, digərləri isə hazırlıq mərhələsindədir.

Putin, həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinə qoşulmaq istəyən könüllü şəxslərin axını davam edir: “Buna görə, səfərbərliyə cəlb olunanların sayı artıq 300 mini ötüb”.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlik oktyabrın 28-i başa çatıb. Səfərbərlik çərçivəsində 300 min nəfərin orduya cəlb olunması planlaşdırılırdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR