Rəisi Baydenin “İranı azad edəcəyik” açıqlamasına sərt CAVAB VERDİ

Rəisi Baydenin “İranı azad edəcəyik” açıqlamasına sərt CAVAB VERDİ

ABŞ prezidenti Co Baydenin “İranı azad edəcəyik” bəyanatına Tehranın cavabı gecikməyib.

 

Sfera.az bildirir ki, İran prezidenti İbrahim Rəisi bu barədə Tehranda keçirilən tədbirdəki çıxış zamanı danışıb.

 

“Bir neçə saat əvvəl öyrəndim ki, ABŞ prezidenti bəlkə də fikri yayındığı üçün açıqlama verib. O, "Biz İranı azad etməyi hədəfləyirik" deyib. İran 43 il əvvəl azad edilib və sizin əsarətinizə düşməməkdə qərarlıdır", deyə Rəisi bildirib.

 

Çıxışında ölkədə təxminən 50 gündür davam edən etirazlara toxunan Rəisi nümayişçiləri "bəzi aldadılmış insanlar" və ya "vətən xaini" adlandırıb. Çoxlu sayda insanın həyatını itirdiyi hadisələrə görə ABŞ-ın məsuliyyət daşıdığını deyən ölkə başçısını bunları söyləyib:

 

"ABŞ bu gün təhlükəsizliyimizi, sülhümüzü və gücümüzü hədəf alıb. Biz ayıq və tədbirli olmalıyıq. Bu gün üsyanda olan hər kəs düşmənin strategiyasına uyğun hərəkət edir”.

 

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada vətəndaşlar qarşısında çıxışı zamanı  “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”, - deyib.  Dövlət başçısı görüş keçirən vaxt onlarla nümayişçi İrandakı etirazçıları dəstəkləyən plakatlarla küçələrə çıxıb. C.Bayden İrandakı vəziyyətlə bağlı görüləcək tədbirlər haqqında ətraflı məlumat verməyib. ABŞ-ın Milli Təhlükəsizlik Şurası da məsələyə aydınlıq gətirməyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...