Kəskin geomaqnit dalğası gözlənilir
Çərşənbə günü, noyabrın 9-da növbəti maqnit dalğası gözlənilir.
Bu dəfəYer kürəsini kəskin geomaqnit qasırğası bürüyəcək, sonra isə sakitlik olacaq
Sfera.az xəbər verir ki, alimlər doqquz ballıq cədvəl üzrə beş bal gücündə gözlənilən günəş qasırğası barədə xəbərdarlıq edib.
Bildirilir ki, maqnit dalğasının gücü tədricən artacaq və geomaqnit aktivliyinin ilk partlayışları bu gün axşam saatlarından etibarən hiss ediləcək. Günün ikinci yarısında Geomaqnit şkalasının gücü doqquz ballıq cədvəl üzrə iki baldan üçə yüksələcək. Axşam saat 21:00-da isə yenidən dörd bala yüksələcək. Bu bal gücündə geomaqnit dalğası noyabrın 4-ü axşam saatlarına qədər davam edəcək.
Lakin alimlər bir neçə gün davam edəcək geomaqnit qasırğasından sonra sakitlik gözlənildiyini bildirir. Növbəti dalğa noyabrın 9-da gözlənilir.
Havadan asılı hipertonik insanlara qəhvə, spirt və siqaretdən imtina etmək tövsiyə olunur. Konsentrasiya və diqqət tələb edən işlərdən də çəkinmək məsləhətdir. Yaxşı istirahət etmək, yuxu və qidaya diqqət etmək, çöldə gəzmək və stressdən qaçmaq lazımdır.
Aynil