Ərdoğan Putini razı saldı – Şoyqu Hulisi Akara zəng edərək “hə” dedi

Ərdoğan Putini razı saldı – Şoyqu Hulisi Akara zəng edərək “hə” dedi

Rusiya taxıl sazişinə qayıtmaq qərarına gəlib.

 

Sfera.az bildirir ki,  bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun türkiyəli həmkarı Hulusi Akarla telefon əlaqəsi saxladığını bə taxıl dəhlizinin çərşənbə günündən etibarən bərpa ediləcəyini bildirib.

 

Ərdoğan Rusiyanın taxılın böyük hissəsinin daha zəngin ölkələrə çatması ilə bağlı narahatlığına uyğun olaraq,  Afrika ölkələrinə, o cümlədən Somali, Cibuti və Sudana daşınmalara üstünlük veriləcəyini vurğulayıb.

 

Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə isə onlar Ukraynanın Moskvaya qarşı hərbi əməliyyatlar üçün dəniz dəhlizindən istifadə etməyəcəyinə dair Kiyevdən yazılı zəmanət aldıqdan sonra bu qərarı verib.

 

Xatırladaq ki, dünən Ərdoğanla Putin arasında bu barədə telefon danışığı baş tutmuş, Putin “taxıl razılaşmasına” qayıtmaq üçün şərtlərini qarşı tərəfə çatdırmışdı.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ad günündə ölən Çimnaz Sultanovanın illər öncəki MÜSAHİBƏSİ - "Qəbirdən çıxış yoxdur"

Sfera.az bu gün, doğum günündə bağırsaq xərçəngindən dünyasını dəyişmiş aktrisa Çimnaz Sultanovanın 2022-ci ildə kulis.az-a verdiyi müsahibəni təqdim edir. &...

Qəzza ilə bağlı razılaşmanın detalları bəlli oldu

HƏMAS və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə m...

Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.   Sfera.az&nb...

Azərbaycanda vəzifəli şəxs maşında vəfat etdi

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.   Sfera.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin...

Virus şagirdlərin dərsə davamiyyətinə təsir edib?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi son vaxtlar uşaqlar arasında kəskin respirator virus infeksiyalarına yoluxma ilə əlaqədar təhsil müəssisələri...

Rusiya İstintaq Komitəsi Aktau qəzası ilə bağlı ekspertiza təyin etdi

Rusiyanın İstintaq Komitəsi “Azərbaycan Hava Yolları” QSC-nin reysinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertiz...