Şahzadə Harrinin qalmaqallı hərəkəti
Şahzadə Harri qohumları ilə münasibətini aydınlaşdırıb.
O, atası kral Çarlz və böyük qardaşı Şahzadə Uilyam ilə münasibətləri yaxşılaşdırmaq fikrində deyil.
Sfera.az Britaniya mətbuatına istinadən bildirir ki, Harri Milad bayramını ailəsi ilə keçirməkdən imtina edib.
Buna baxmayaraq, şahzadə Böyük Britaniyaya kral ailəsinin üzvləri ilə “Ehtiyat” adlı xatirə kitabını ictimaiyyətə təqdim etmək üçün bir araya gələcək.
Şahzadənin davranış və münasibətləri kral ailəsini çox narahat edir, lakin heç kim Harrinin seçiminə təsir edə bilməz. Harri kral ailəsinin həyatı ilə bağlı açıqlamalarını bölüşməkdə qərarlıdır. Onun kitabı kraliçanın ölümündən əvvəl yazılmışdı. Britaniya mətbuatının iddiasına görə Kral ailəsi haqqında bir çox qaranlıq məqamları əks etdirən bu kitabın nəşri partlayan bomba effekti yarada bilər.
Əksər britaniyalı Harrini ailəsi ilə barışmaq əvəzinə mənfəət seçdiyinə görə qınayırlar. Sosial şəbəkə istifadəçiləri bu kitabın nəşrinin şahzadəyə bir neçə milyon dollar qazandıracağını yazır və buna görə ailəsi ilə münasibəti korlamağı uyğun görmədiklərini vurğulayırlar.
Aynil