Ərdoğandan Rusiyanın "taxıl dəhlizi" sazişindən çıxmasına İLK REAKSİYA

Ərdoğandan Rusiyanın

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiyanın taxıl sazişini dayandırması ilə bağlı qərarına reaksiya verib.

 

Sfera.az bildirir ki, ölkə başçısı Türk Tibb Dünyası Konqresində çıxışı zamanı bu barədə danışıb. O, fikirlərini bu cür ifadə edib:

 

"İndi ərzaq böhranı yaşayırıq. Dünyada buğda istehsalının üçdə biri Rusiya və Ukraynaya aiddir. Biz 9,3 milyon ton Ukrayna buğdasını dünyanın xidmətinə verdik və bununla da ərzaq böhranını nisbətən azaldıldı. Eyni imkanlar onlar üçün nəzərdə tutulmadığına görə Rusiya tərəddüd etsə də, biz bəşəriyyətə xidmət etmək üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik”.

 

Qeyd edək ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna taxıl ixracı sazişində iştirakın dayandırıldığını elan edib. Agentlik buna səbəb kimi Ukraynanın həmin gün “Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə” Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı həyata keçirdiyi əməliyyatı göstərib. Müqavilə iyulun 22-də Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna tərəfindən imzalanıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR