On minlərlə insan Ukraynaya dəstək aksiyasına çıxdı

On minlərlə insan Ukraynaya dəstək aksiyasına çıxdı

Çexiyanın paytaxtı Praqada on minlərlə insanın iştirakı ilə mitinq keçirilib.

 

Sfera.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, aksiyada iştirak edənlər populizm və ekstremizmə qarşı şüarlar səsləndiriblər.

 

Etirazçıların çoxu Çexiya, ABŞ, NATO və Ukrayna bayraqlarını dalğalandırıb, Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyini ifadə edib.

 

Nümayişdə, həmçinin Ukraynanın birinci xanımı Yelena Zelenskayanın insanları ölkəsində baş verənlərə diqqət ayırmağa çağıran videoçarx nümayiş etdirilib.

 

“Rusiyanın bizi və bütün dünyanı qaranlığa sürükləməsinə imkan verməyəcəyik”, - deyə Zelenskaya bildirib.

 

Qeyd edək ki, bundan iki gün əvvəl Çexiyada Avropa İttifaqı və NATO-ya qarşı genişmiqyaslı aksiya keçirilmişdi.


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...