İraqda qaz tankeri partladı - Ölən və yaralananlar var

Dünya
11:25 / 30.10.2022
8157
İraqın paytaxtı Bağdadda qaz tankerinin partlaması nəticəsində 3 nəfər ölüb, 10-a yaxın insan yaralanıb.
Bu barədə Sfera.az “Haber Global”a istinadən xəbər verir.
Təhlükəsizlik orqanlarındakı mənbələrdən əldə edilən məlumata görə, Bağdadın şərqindəki Bunak bölgəsində qazla dolu tankerin partlamasına texniki nasazlığa səbəb olub.
Partlayış nəticəsində ərazidəki binaya və futbol meydançasına da maddi ziyan dəyib.
Ölənlərin sayının artacağı ehtimal olunur.
İraqın rəsmi orqanları hələlik mövzu ilə bağlı açıqlama verməyib.