Türk istehsalı olan SARBOT \"cyber dog\" təqdim edildi - FOTO

Türk istehsalı olan SARBOT \

Türk mühəndislər yerli istehsal olan SARBOT "cyber dog"nu təqdim edib.
 

Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, silah istehsalçısı "Sarsılmaz" yeni silahlı robotu ilk dəfə mediaya göstərib.
 

“Sarsılmaz” İstanbulda keçirilən “Field Expo Müdafiə və Aviasiya Sərgisində” 2023-cü il vizyonu çərçivəsində hazır etdiyi yeni məhsullarını təqdim edib. Sərgidə nümayiş edilən ən maraqlı məhsullardan biri məhz “Sarsılmaz”ın yeni texnologiya silahı SARBOT olub.
 

Türk mühəndislərinin məhsulu olan, Atak helikopterində istifadə ediləcək bu Robot üzərində dəqiqədə 750 ədəd 20mm kalibrli güllə ata bilən silaha sahibdir. Xüsusilə dağlarda, mağaralarda türk əsgərini qoruyacaq bu silah 2023-də arsenala girməyi hədəfləyir.
“Sarbos” Robotu “TR Mechatronics” şirkəti ilə birlikdə istehsal olunur. Bu silahlı qüvvələrin atəş gücünə böyük töhfə verəcək.
 

Hürkuş təyyarələrində istifadə olunacaq 12,7 mm-lik pulemyotlarla sənaye peşəkarlarını da bir araya gətirən “Sarsılmaz”yeni texnoloji silahı SARBOT ilə dünyanın aparıcı markaları arasında yerini alır. Sərgidə yeni təqdim edilməsinə baxmayaraq SARBOT ziyarətçilərin böyük rəğbətini qazanıb.
 

“Sarsılmaz”ın bu istehsalı hava, quru və dəniz hərbi hissələrinin bütün ehtiyaclarını ödəmək gücünə malikdir.


“Sarsılmaz” ın baş direktor müavini Önər Özyılmaz təqdimat zamanı mətbuata verdiyi açıqlamada ordunun ehtiyaclarına uyğun olaraq quru platformaları daxilində yeni pilotsuz silah sistemləri hazırlamağa başladıqlarını qeyd edib.
 

Xüsusi olaraq hazırlanan bu sistem açıq hava sahəsinin bütün mühit, məsafə və detal xüsusiyyətlərini rəqəmsal dünyaya köçürərək yaradılmışdır.
 

Türkiyə sürətlə hərb sahəsində texnologiyanı tətbiq etməyə davam edir.

 

Aysel

 


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...