Moskva məhkəməsi piket edən azərbaycanlıları cərimələdi
Moskva məhkəməsi oktyabrın 19-da Fransa səfirliyi qarşısında piket keçirdikləri üçün saxlanılan Azərbaycan diasporunun 4 nümayəndəsini cərimələyib.
Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, məhkəmə fəalların ictimai mitinqlərdə iştirak qaydalarını pozduğuna dair qərar verib.
Piketin təşkilatçısı 20 min rubl, digər iştirakçılar isə hər biri 15 min rubl cərimə olunub.
Qeyd edək ki, aksiya Fransa Senatının noyabrın ortalarında Bakıya qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnaməyə qarşı təşkil edilmişdi. Sənədin təşəbbüskarları Azərbaycan ordusunun hərbi cinayətlərdə iştirak etdiyini iddi edirdi.
Rəsmi Bakı əsassız ittihamları rədd edərək, Ermənistan ordusunun döyüş zonasından kənarda Azərbaycan mülki əhalisini atəşə tutduğunu bildirmişdi.
Aysel