Logo

Gəmi batdı: 29 ölü, yüzlərlə itkin - VİDEO

Gəmi batdı: 29 ölü, yüzlərlə itkin - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Miqrantları daşıyan gəmi Misir sahillərində batıb.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, gəmidə olan 150 nəfər xilas edilib, 29 nəfərin isə cəsədi sudan çıxarılıb.

Gəmidəki yüzlərlə adamın taleyi haqqında hələlik məlumat yoxdur. Misir Səhiyyə Nazirliyi ölənlərin Suriya, Misir, Sudan və Afrikanın digər ölkələrinin vətəndaşları olduğunu açıqlayıb.

Gəminin marşrutu dəqiq bilinməsə də, Misir səlahiyyətliləri miqrantların İtaliyaya getdiyini təxmin edirlər.

Beynəlxalq Miqrant Təşkilatına görə, bu il Aralıq dənizindən 206 min 400 miqrant Avropaya gedib. Bu ilin yanvar-iyun aylarında 2800 miqrant dənizdə bataraq həyatını itirib.

Publika.az //

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR