Belarus Polşanı Beynəlxalq Cinayət Məhkəməsinə verir

Belarus Liberal Demokrat Partiyası Polşaya qarşı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət hazırlayıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə LDPB sədri, Nümayəndələr Palatasının deputatı Oleq Qaydukeviç məlumat verib.
“Bu gün biz beynəlxalq sənədlərə uyğun olaraq Polşa Respublikasının ən yüksək vəzifəli şəxsləri Prezident, Baş Naziri mühakimə etmək üçün Hollandiyada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə rəsmi şəkildə müraciət göndəririk. Bu ölkənin müdafiəsi - BMT Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli 3314 saylı qətnaməsini pozan ölkəmizə qarşı təcavüz aktı hazırladığına görədir”-deyə o bildirib.
Xatırladaq ki, Varşava Aleksandr Lukaşenkonun legitimliyini rəsmən tanımır və onun rəqiblərini dəstəkləyir.
Bununla bağlı Minsk dəfələrlə Polşanın Belarusun daxili işlərinə qarışdığını və ölkədə sabitliyi pozmağa çalışdığını bəyan edib.
Bundan əlavə, Belarus hakimiyyəti hesab edir ki, Varşava aqressiv planlar qurur və respublikaya silahlı basqın hazırlayır.
Aysel