Zelenski Rusiyanın hava zərbələri ilə bağlı açıqlama verdi

Zelenski Rusiyanın hava zərbələri ilə bağlı açıqlama verdi

Ukrayna prezidenti Vladimir Zelenski xalqa müraciətində Rusiyanın hava zərbələri ilə bağlı məlumat verib.

 

Sfera.az -ın məlumatına görə, Zelenski bildirib ki, iki gün ərzində Rusiya 30-dan çox pilotsuz təyyarə hücumu həyata keçirib, 23 Şahed pilotsuz təyyarəsini vurub.

 

"Həmçinin, Kh-59 idarə olunan hava raketi, iki Ka-52 hücum helikopteri və bir Su-25 hücum təyyarəsi məhv edilib. Ümumilikdə bu müddət ərzində (müharibə zamanı) Rusiya 4500 raket zərbəsi və 8000-dən çox hava zərbəsi endirib. Amma döyüşə davam edirik, daha çox hücumların qarşısını alacağıq”, deyə Ukrayna lideri əlavə edib.

 

Zelenski həmçinin hər il oktyabrın 28-də Ukraynanın nasist işğalçılarından azad edilməsini qeyd etdiklərini vurğulayıb və fikirlərini bu cür davam etdirib: “Biz İkinci Dünya Müharibəsi illərində faşizmlə mübarizə aparan və məğlub edən ukraynalıların xatirəsini ehtiramla yad edirik - əlimizdə gül-çiçəklə yox, silahla... Mübarizəmizin 247-ci günü, Ukraynanın faşistlərdən azad edildiyi gün simvola çevrildi.  Bunun nəticəsi, şübhəsiz ki, Ukraynamızın azad edilməsi olacaq. İşğal olunmuş ərazilər qurtarılacaq. Keçmişdə də həmişə belə olub və gələcəkdə də belə olacaq. Xersonun, Donbasın, Luqanskın, Krımın gələcəyi də belə olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...