Xəritədən silərik - Rusiyadan nüvə hədəsi

Xəritədən silərik - Rusiyadan nüvə hədəsi

Ukraynada müharibə davam edərkən Rusiya strateji nüvə təliminə başlayıb və yeni bir hədə-qorxu ilə bütün dünyanın diqqətini özünə cəmləyib.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, rəsmi Moskva hədəf aldığı 2 ölkənin adını açıqlayıb.


Qeyd edək ki, bundan əvvəl Rusiya ABŞ-a xəbərdarlıq etmişdi.
 

Dünən strateji nüvə təlimi təşkil edən Rusiya dünyaya nüvə təhlükəsi siqnalı verdi.

 

Təlimə Putin şəxsən nəzarət edir.

 

İngilis mətbuatda yer alan xəbərə görə Rusiya rəsmisi Rusiyanın hədəfində olan iki ölkənin adını açıqlayıb.
 

Polkovnik İqor Korotçenko bildirib ki, nüvə müharibəsi Britaniya və ABŞ-ı xəritədən siləcək.

 

Rusiya mətbuatına açıqlama verən polkovnik: “Rusiyaya ilk nüvə hücumunu kim edə bilər? ABŞ və Böyük Britaniya. Makronun bu macəraya qatılacaq biri olub-olmadığını bilmirəm. Əsl düşmənlərimizin kim olduğunu və onları nələrin gözlədiyini göstərməyimiz çox vacibdir.
Əgər bu təlim deyil, real missiya olsaydı, Britaniya Atlantik okeanının altında qalardı və ABŞ əvəzinə İosif Stalinin adına yeni dəniz boğazı olardı”- deyə bildirib.

 

Rusiya dövlət televiziyası da Putinin nəzarət otağından təlimləri izlədiyi anları təqdim edib.
 

Təlimdə Tu-95 uzaqmənzilli təyyarələrin də iştirak etdiyini deyən Putin regional və qlobal münaqişə potensialının çox yüksək olduğunu vurğulayıb.

 

Aynil

 

Açıklama yok.
 


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...