Türkiyədə mədən partlayışına görə 25 nəfər həbs edildi

Türkiyədə mədən partlayışına görə 25 nəfər həbs edildi

Türkiyənin Bartın əyaləti Amasra şəhərində 41 nəfərin həyatını itirdiyi mədən qəzası ilə əlaqədar aparılan istintaq araşdırmaları nəticəsində 25 şübhəli şəxs nəzarət altına alınıb.


Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisədən dərhal sonra səhlənkarlığın olması ilə bağlı araşdırmalara başlanılıb.



İstintaq araşdırmalarına 6 prokuror və 4 nazirlik müfəttişi təyin edilib.


Hadisə baş verən müəssisədə saat 16.00-24.00 növbəsində işləyən nəzarətçilər, mühəndislər, yeraltı və yerüstü işçilər də daxil olmaqla 50 nəfərin ifadəsi alınıb.
 

Türkiyə Baş Prokurorluğundan verilən açıqlamada istintaq çərçivəsində 25 şübhəlinin nəzarətə alındığı bildirilir.
 

Hadisə ilə bağlı istintaq davam edir.

 

Xatırladaq ki, oktyabrın 14-də Taşkömürü Müəssisəsində baş verən yanğın nəticəsində 41 şaxtaçı həlak olub, 11 mədənçi yaralanıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...