Banqladeşdə ölənlərin sayı artır
Banqladeşdə son günlər baş verən tropik Sitrang qasırğası nəticəsində həyatını itirənlərin sayı 31-ə çatıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, rəsmilər qasırğanın ölkə daxilində böyük fəsadlar törətdiyini və 10 milyona yaxın insanı köçkün vəziyyətinə saldığını bildirib.
Hökumət insanları daha təhlükəsiz ərazilərə evakuasiya edir.
Ölkənin 16 bölgəsinə ziyan vuran qasırğa nəticəsində ən çox ölüm Çittaqonq liman şəhərinin Mirşarai şəhərində qeydə alınıb.
Mirşərai sahillərində baş vermiş qasırğada dredderin batması nəticəsində itkin düşən 4 işçinin cəsədi tapılıb, digər 4-nün axtarışları davam etdirilir.
Çattoqram, Koks-Bazar, Brahmanbariya, Cumilla, Narail, Siracqanc, Bhola, Barquna, Munşiqanc, Noakhali və Qopalganc kimi şəhərlərdə isə fırtına nəticəsində hələ ki 27 nəfərin öldüyü bildirilir.
Sitranq qasırğasının səbəb olduğu Benqal körfəzində baş verən daşqınlar Hindistanın şimal-şərqindəki Assam əyalətində 1100-dən çox insanıın zərər çəkməsinə səbəb olub.
Rəsmilər fırtınanın əkin sahələrinə də böyük ziyan vurduğunu qeyd edib.