Rusiyanın gizli sirri İFŞA EDİLDİ: Sən demə, bu hücumların arxasında...

Rusiyanın gizli sirri İFŞA EDİLDİ: Sən demə, bu hücumların arxasında...

Ukrayna savaşı fonunda Rusiya ilə bağlı diqqətçəkən iddia ortaya çıxıb.

 

Sfera.az bildirir ki, Britaniyanın “Bellingcat” araşdırma təşkilatı Rusiyanın gizli birliyini ifşa edib.

 

Nəticədə mülki hədəfləri və ölkənin enerji infrastrukturunu hədəf alan hücumların arxasında duran bölmə barədə detallar məlum olub. Belə ki, Britaniya mediasının xəbərinə görə, bu hücumların arxasında polkovnik-leytenant İqor Baqnyukun komandanlığı altında olan bölmə dayanır.

 

Baqnyuk və əsgərləri elektrik stansiyalarına və şəhərlərə zərbələr endirən, onlarla dinc sakinin ölümünə və yaralanmasına səbəb olan hücumları təşkil etməkdə ittiham olunublar. “Bellingcat” Rusiya qara bazarında əldə etdiyi telefon qeydləri də daxil olmaqla, digər məlumatlarla bu birliyin strukturunu deşifrə etdiyini bildirib. Bu bilgilərlə komanda və komanda sxemi də müəyyən edilib. Hücumların arxasında başda general-mayor Baranov, ondan sonra polkovnik Kapşuk, leytenant Baqnyuk, podpolkovnik Anton Timoşinov kimi adların yer aldığı vurğulanıb. Qeyd olunub ki, komandanın qalan hissəsinin əksəriyyəti 20-li yaşlarındadır və ümumilikdə, birlik 27 nəfərdən ibarətdir. 

 

“Bellingcat”ın hesabatına görə, Baqnyukun Suriyada xidmət etdiyi güman edilir və sübutlar onun bu ölkədəki raket zərbələrini də koordinasiya etdiyini göstərir.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Trampın sui-qəsd cəhdindən qoruyan agent ABŞ Məxfi Xidmətinin rəhbəri təyin edildi

ABŞ prezidenti Donald Tramp ölkənin Məxfi Xidmətinin rəhbəri vəzifəsinə onu Pensilvaniya ştatında sui-qəsd cəhdi zamanı qoruyan Şon Karranı təyin edib. Sfera...

Hazırda Bakının bu küçələrində tıxac var - SİYAHI

Bakıda tıxac olan yollar açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlum...

Hava Limanı yolunda endirilmiş sürət həddi bərpa edildi - YENİLƏNDİ

2025-01-22 23:05   Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. &...

Ölkəyə gətirilən portağallar təhlükə saçır - İDDİA/VİDEO

  Xaricdən gətirilən portağalların qabığından mənşəyi bəlli olmayan qırmızı rəng çıxır. Lakin bu hal yerli portağallarda müşahidə olunmur.   ...

Qonşu ölkədə dollar KƏSKİN BAHALAŞDI

İranda dolların məzənnəsi rekord həddə yüksəlib.   Sfera.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.   Məlumata görə...

Xətai rayonunda içməli su fasilələrlə verilir? - AÇIQLAMA

Paytaxtın Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi, 74 ünvanında yaşayan sakinləri günün istənilən vaxtı su problemi yaşayırlar. Səbəb isə çox sadədir. Bina...