İphone istifadəçilərinin NƏZƏRİNƏ!: “Apple”dan enerji naqili ilə bağlı YENİ QƏRAR
Kateqoriya məlum deyil
"Apple” enerji naqili ilə bağlı qərar verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, "Apple” Avropa Birliyində qüvvəyə minmiş vahid USB-C enerji naqili ilə bağlı qərar verib.
ABŞ-da yerləşən şirkətin yüksək səviyyəli adlarından biri olan Greg Joswiak Apple-ın da AB qanunlarına əməl edəcəyini və bundan sonra iPhone-ların USB-C girişlərinə keçəcəyini açıqlayıb.
Joswiak iPhone-ların yeni enerji alətlərinin nə vaxt istifadə edilməyə başlayacağı ilə bağlı açıqlama verməyib.(azxeber.com)






