İqor Korotçenko bu iki ölkəni nüvə zərbəsi ilə HƏDƏLƏDİ

İqor Korotçenko bu iki ölkəni nüvə zərbəsi ilə HƏDƏLƏDİ

Rusiya lideri Vladimir Putinin ən yaxın adamlardan biri hesab olunan ehtiyatda olan polkovnik İqor Korotçenko səs-küy yaradacaq açıqlama verib.

 

Sfera.az bildirir ki, Rusiya dövlət televiziyasında yayımlanan proqramda çıxış edən Korotçenko Putinə ABŞ və İngiltərəyə tam səviyyəli nüvə hücumu təşkil etməyi tövsiyə etdiyini açıqlayıb. O qeyd edib ki, Qərbin iki ən güclü ölkəsinə təxminən 11 min kilometr mənzilli “Topol-M” nüvə raketləri ilə hücuma keçmək lazımdır.

 

“Bu hücum NATO-nun planlaşdırdığı hücumlara cavab olacaq”, deyə polkovnik vurğulayıb.

 

Korotçenko fikirlərini bu cür ifadə edib: “Əgər NATO Rusiya ilə müharibə etsə, BMT-nin beynəlxalq qanunlarına məhəl qoymamaq olar, ancaq bir yol var. Qərb bilməlidir ki, onlar bizimlə Ukrayna torpaqlarında və ya ərazilərində döyüşməyə cəhd etsələr, yalnız bir cavab olacaq: “Topol-M” nüvə başlığı. Biz şəhərləri deyil, ABŞ və Böyük Britaniya hərbi bazalarını hədəfə alırıq. Bundan sonra vəziyyətdən asılı olaraq danışıqlar üçün masaya otura bilərik. Mən bunu hədələmək üçün demirəm. Bu, bizim hazırladığımız ssenaridir. Biz tərəddüd etmədən bu ssenarini işə salacağıq”.

 

Korotçenko həmçinin açıqlamasında Ukraynanın tez-tez Böyük Britaniya və ya ABŞ-dan kiçik nüvə başlıqları ala biləcəyini deyib: “Terrorçu onu çiynində daşıyıb istədiyi yerdə partlada bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...

AMB onlara icrası məcburi sərəncamlar verdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, bir sığorta şirkətinə və bir sığorta agen...

Azərbaycan Dəmir Yollarında yeni mətbuat katibi…

Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.   Sfera.az xəbər...