Vereşçukdan ukraynalılara ÇAĞIRIŞ: “Qışı xaricdə keçirin”

Vereşçukdan ukraynalılara ÇAĞIRIŞ: “Qışı xaricdə keçirin”

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk ölkəni tərk edən vətəndaşlara müraciət edərək qışı xaricdə keçirməyi xahiş edib. 


Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda “Kanal 24” məlumat yayıb. 


Vereşçukun fikrincə, imkan varsa, Ukraynadan kənarda qalmaq lazımdır. Onun sözlərinə görə, bununla qışı yola vermək mümkün olacaq.


Bundan əvvəl ukraynalılara "ən pis" qış barədə xəbərdarlıq edilmişdi. “Naftoqaz” enerji şirkətinin rəhbəri Yuri Vitrenko bildirib ki, elektrik enerjisinin daimi kəsilməsi, eləcə də istiliklə bağlı problemlər gözlənilir. Onun sözlərinə görə, respublikada elektrik enerjisi obyektlərinin 40 faizə yaxını sıradan çıxıb.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR