Makronun “Putinlə danışmalıyıq” açıqlamasına Kiyevdən SƏRT REAKSİYA

Makronun “Putinlə danışmalıyıq” açıqlamasına Kiyevdən SƏRT REAKSİYA

Fransa prezidenti Emmanuel Makron Qərb liderlərini Putinlə masa ətrafında danışıqlar aparmağa çağırıb.

 

Sfera.az bildirir ki, Fransa liderinin bu çağırışına Ukraynadan cavab gecikməyib. Belə ki, Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak Makrona sərt reaksiya verib. O, Ukraynanın qəsəbə və şəhərlərinin hücuma məruz qaldığı bir vaxtda “Kreml diktatoru” ilə danışmağı düşündüyünə görə Makronu  qınayıb.

 

Podolyak vurğulayıb ki, Fransa liderinin bu sözləri onun Rusiya işğalını tamamilə yanlış başa düşdüyünü göstərir.

 

İngiltərənin “Daily Mail” qəzeti isə  sözügedən prosesi “Ukrayna Emmanuel Makrona sillə vurdu” başlığı ilə oxucularına təqdim edib.

 

Xatırladaq ki, Makron daha əvvəl də oxşar addım atmış və gələn reaksiyalardan sonra geri çəkilməli olmuşdu.  Həmin dönəmdə Kiyevə gedən Fransa lideri Zelenski tərəfindən də yaxşı qarşılanmamışdı.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR