Dünya bu görüntülərdən danışır - Keçmiş lideri zaldan zorla çıxardılar - FOTO

Dünya bu görüntülərdən danışır - Keçmiş lideri zaldan zorla çıxardılar - FOTO

Çin Kommunist Partiyasının dünən başa çatan Milli Konqresində qəribə anlar yaşanıb.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Çin Kommunist Partiyasının 20-ci Milli Konqresi dünən keçirilən bağlanış iclası ilə yekunlaşıb.
 

Keçmiş Çin prezidenti Hu Cintaonun rəsmilər tərəfindən qolundan tutularaq zaldan çıxarılması hər kəsin heyrətinə səbəb olub.


Mərkəzi Komitənin iclasında baş nazir Li Keçyanqın yeni siyahıya daxil edilməməsi diqqət çəkib. Li-dən başqa üç yüksək vəzifəli şəxs Mərkəzi Komitədən uzaqlaşdırılıb. Həmin şəxslərin yaşları ilə əlaqədar təqaüdə çıxacağı bildirilib.


Dünənki bağlanış iclasında keçmiş Çin prezidenti və baş katib Hu Cintao Xi Jinpingin çıxışından əvvəl qovulması böyük mübahisələrə səbəb olub.

 

Mühafizəçilərin onu müşayiət etmək cəhdi ilə kifayətlənməməsi də diqqət çəkib.

 

Qolundan tutan zabitlərə reaksiya verən Hu bir anlıq kreslosuna qayıdır və prezident Xiyə nəsə deyir. Bu əsnada zaldakıların çaşqın və təşviş dolu gözlərlə hadisəni izlədikləri görülür.


Çin siyasətində 30 ilə yaxındır tətbiq edilən yazılmamış qanunlara görə Milli Konqres keçirilən zaman icra başçısının 68 yaşı tamam olursa, yeni vəzifəyə təyin olunmaq və ya indiki vəzifəsini qoruyub saxlamaq mümkün deyil. Təqaüd limiti konqres tarixində indiyə qədər 69 yaşlı Xi üçün tətbiq olunmayıb.


Xinin adının Mərkəzi Komitə siyahısında olması Çin liderinin yenidən baş katib seçiləcəyindən xəbər verir.
 

Baş katib Xidən başqa siyahıda Daimi Komitənin üzvü, ÇKP-nin birinci katibi Vanq Huninq və Mərkəzi İntizam Nəzarət Komitəsinin sədri Cao Leçinin də adları var.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...