20 dəqiqəlik hakimiyyət... – Postunda ən az duruş gətirmiş dünya liderləri

20 dəqiqəlik hakimiyyət... – Postunda ən az duruş gətirmiş dünya liderləri

Böyük Britaniyanın baş naziri Liz Trasın 45 günlük vəzifə dönəmi son günlərin əsas müzakirə mövzularındandır.

 

Maraqlıdır, dünya liderlərindən daha kimlər qısa müddətdə hakimiyyətdə olub?

 

Sfera.az mövzu ilə bağlı araşdırmanı təqdim edir. Beləliklə....

 

Almaniyanın bir gecəlik baş naziri...

 

גילוי: אבי אשתו של גבלס היה יהודי | ערוץ 7

 

Cozef Qebbels nasistlərin hakimiyyətdə olduğu dövrdə (1933-1945) Almaniyanın təbliğat naziri olub. Amma az adam bilir ki, o, bir gün də olsa, Almaniya kansleri vəzifəsində çalışıb. 1945-ci il aprelin 30-da Avropada İkinci Dünya Müharibəsinin son günlərində Adolf Hitler yeraltı bunkerdə intihar edəndə nasist liderinin sağ əli olan Qebbels Almaniya kansleri olub. Lakin sonradan həm o, həm də həyat yoldaşı 6 uşağını sianidlə zəhərləyərək intihar ediblər.

 

Ağ Evdə bir ay

 

William Henry Harrison | Biography, Presidency, & Facts | Britannica

 

Uilyam Henri Harrison (1773-1841)  - O, həm ABŞ-ın vəzifədə vəfat etmiş ilk prezidenti, həm də ən qısa müddətdə vəzifədə olan rəhbəridir. Keçmiş hərbçi Harrison vəzifəyə gəldikdən cəmi 32 gün sonra sətəlcəm xəstəliyinə tutulub və 68 yaşında ölüb.

 

Bir-birini əvəzləyən prezidentlər...

 

Fernando de la Rúa - Wikipedia

2001-ci ilin dekabrında çətin vəziyyətdə olan Argentinada şiddətli iqtisadi böhran ən azı 25 nəfərin öldüyü küçə etirazlarına səbəb olub. Siyasi xaos dekabrın 20-də prezident Fernando de La Ruanın istefası ilə nəticələnib. De La Ruanı Senatda çoxluğun lideri Ramon Puerta əvəz edib. İki gün sonra isə Konqres Adolfo Rodriguez Saanı Prezident Sarayına, Casa Rosadaya göndərib. Lakin Saa fövqəladə iqtisadi tədbirlərinə dəstək azaldığı üçün bir həftə sonra istefa verib. Qaydalara görə, Puerta vəzifəsinə qayıtmalı idi, lakin senat prezidentlikdən imtina edib. Onun yerinə Konqresin aşağı palatasının prezidenti Eduardo Kamano keçib və dördüncü prezident olub. Üç gün sonra Kamanodan sonra Konqres tərəfindən seçilən prezident Eduardo Duhalde vəzifəyə təyin edilib.  Duhalde 2003-cü ildə keçirilən ümumi seçkilərə qədər bu vəzifədə qalıb.

 

Vəzifədə 15 gün də qala bilmədi...

 

पूर्व प्रधानमंत्री Atal Bihari Vajpayee पर बायोपिक की घोषणा, अगले साल  क्रिसमस पर होगी रिलीज - atal bihari vajpayee biopic titles main rahoon ya  na rahonn 2023 christmas release tmov - AajTak

Hindistanın keçmiş baş naziri Atal Behari Vajpayi də vəzifədə ən qısa müddət qalan rəhbərlərdəndir. 1996-cı il parlament seçkilərindən sonra koalisiya hökuməti qura bilmədiyi üçün Vajpayi cəmi 13 gün baş nazir olaraq qalıb. O, 1998-ci ildə yenidən hakimiyyətə gəlib və bu dəfə koalisiya hökuməti və parlament buraxılana qədər 13 ay vəzifəsini icra edə bilib. Bununla belə, Vajpayinin partiyası  yenidən seçkidə iştirak edib  və 1999-2004-cü illərdə üçüncü dəfə hakimiyyətdə olub.

 

Həm qısa, həm də uzun müddətli rekord...

 

Siaka Stevens Biography - Childhood, Life Achievements & Timeline

Siaka Stivens Sierra Leone tarixində həm ən qısa müddətə baş nazir, həm də ən uzun müddət hakimiyyətdə olan prezidentdir. 1967-ci ildə hakimiyyətə gəldikdən sonra and içdiyi gün hərbi çevrilişlə devrilib və həbs olunub. Amma son sözü də Stivens deyib. O, hərbi xunta başa çatdıqdan bir il sonra hakimiyyətə qayıdıb və 1971-1985-ci illərdə prezident olub. Onun prezidentliyi isə avtoritar idarəçilik, çoxsaylı insan haqları pozuntuları və seçki saxtakarlığı iddiaları ilə dolu idi.

 

15 saatlıq ilk qadın lider...

 

Cənubi Afrika Respublikası - Uşaq Bilik Portalı

24 sentyabr 2008-ci ildə rabitə naziri İvi Matsepe-Kasaburri o vaxtkı prezident Thabo Mbekinin istefasından sonra ölkənin ilk qadın lideri olub. Lakin cəmi 15 saat sonra Cənubi Afrika Parlamenti Mbekinin yerinə Kqalame Mothlanteni seçib.

 

34 günlük İtaliya kralı...

 

Após a queda de Mussolini: a saga de Umberto II, o último rei da Itália

İtaliya kralı II Umberto 1946-cı ildə atası Vittorio Emmanuel taxtdan əl çəkdikdən sonra hakimiyyətə gəlib. Artan antikral əhvalını cilovlamaq üçün o, referendum keçirib. İtalyanların 54 faizi respublikanı seçdiyi üçün nəticə kral üçün kədərli olub. Bununla da Umbertonun hakimiyyəti 34 gün davam edib.

 

Hakimiyyəti bir saat belə çəkmədi

 

XIV. Louis: Güneş Kral'ın Hayat Hikayesi - Aklınızı Keşfedin

Kral ailələri arasında ən qısa hakimiyyət dönəmi çox güman ki, Fransa kralı XIX Luisə məxsusdur. Belə ki, X.Çarlza qarşı keçirilən böyük nümayişlərdən sonra atası vəzifəsindən imtina edib və Luis taxta çıxıb. Lakin o da cəmi 20 dəqiqə sonra qardaşı oğlu Bordo hersoqu üçün taxtdan imtina edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...