Yunanıstan İsraillə ortaq hərbi təlim mərkəzi yaratdı

Yunanıstan İsraillə ortaq hərbi təlim mərkəzi yaratdı

Yunanıstan-Türkiyə gərginliyi davam edir.

 

Sfera.az bildirir ki, Türkiyənin ilk yerli və milli qısamənzilli ballistik raketi “Tayfun”un sınaq atəşindən panikaya düşən Afina bu dəfə İsraillə birlikdə yeni hərbi təlim mərkəzi açıb.

 

“Associated Press” bunu Türkiyəyə qarşı atılan addım kimi qiymətləndirib. Agentliyin xəbərində “Yunanıstanın regional rəqibi Türkiyəyə qarşı hava gücünü inkişaf etdirməyə çalışdığı bir vaxtda İsraillə birgə yaradılmış yeni beynəlxalq pilot təlim mərkəzi fəaliyyətə başlayıb”, deyə qeyd olunub.

 

Məlumata görə, təlim mərkəzinin 2024-cü ilin əvvəlinə qədər tam fəaliyyət göstərməyəcəyi bildirilsə də, obyektin istismarına ötən il Yunanıstan hökuməti ilə 1,65 milyard dollarlıq müqavilə imzalayan İsrailin müdafiə firması “Elbit” kömək edəcək. Yunanıstan Hərbi Hava Qüvvələrinin təlim komandiri general-mayor Georgios Vagenas çıxışı zamanıTürkiyənin adını çəkməsə də, eyham vuraraq bu sözlərdən istifadə edib:

 

“Təlim mərkəzi yeni alınan döyüş təyyarələri üçün pilotlar hazırlayacaq və qonşularımızdan tutmuş Şərqdən gələn təhlükələrə qarşı əsas mexanizm olacaq”.

 

Qeyd edək ki, son illərdə Yunanıstan köhnəlmiş F-16 qırıcı donanmasını, yeni alınmış Fransa istehsalı olan “Rafale” təyyarələri ilə əvəzləyib, o cümlədən ABŞ-ın F-35 proqramına qoşulmağa cəhd edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Azərbaycanda yaşayış binasında partlayış: ölən xəsarət alanlar var

Gəncədə binada partlayış baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.   5 mərtəbəli yaşayış binasında b...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...