“Uşaq əlcəkləri və rezin çəkmələr” - Ukraynaya göndərilən rus əsgərlərinin acınacaqlı durumu dünya mediasında

“Uşaq əlcəkləri və rezin çəkmələr” - Ukraynaya göndərilən rus əsgərlərinin acınacaqlı durumu dünya mediasında

Rusiyanın Ukrayna müharibəsində verdiyi hərbi itkilər və yanlış strateji qərarlar bir müddətdir dünya mediasının gündəmindən düşmür.

 

Sfera.az bildirir ki, son həftələrdə yeni hərbi xidmətə qəbul edilən rus əsgərlərinin cəmi bir neçə günlük təlimdən sonra cəbhəyə göndərildiyi deyilir. Qeyd olunur ki, yeni səfərbərlik əmri ilə cəbhəyə yola salınan əsgərlərin bir neçəsi artıq həyatını itirib. Bu iddialar İngiltərə mətbuatında da öz əksini tapıb. Ailələrin uşaqları üçün zireh və digər qoruyucu vasitələr aldığı bildirilib.

 

“The Telegraph” qəzeti isə daha maraqlı iddia irəli sürüb. Qəzet yazıb ki, Ukraynada döyüşmək üçün səfərbər olunan rus kişiləri plastik peyntbol maskaları, uşaq əlcəkləri və rezin çəkmələrlə təchiz olunub. Rusiyanın cənubundakı Stavropol bölgəsindən yayımlanan video isə bunu sübut edib. Belə ki, görüntünü çəkən və yayan anonim rus əsgəri əlində plastik peyntbol maskası tutaraq “Səfərbər edilmiş döyüşçülər üçün bu “isti” hədiyyələrə görə təşəkkür edirəm. Onlar elə bilirlər ki, bu əşyalardan istifadə edərək “Star Wars” kimi ortalıqda gəzəcəyik - məqsədsiz və hədəfsiz”.

 

 

Sözügedən rus əsgəri görüntülərdə ən çox uşaq əlcəklərini tənqid edib və “Onlar əlimə olmur, buradakı heç bir döyüşçünün əlləri verilən əlcəklərə sığmır”, deyə bildirib. Daha sonra o, rezin çəkmələri yoxlayıb və çox keyfiyyətsiz olduğu üçün onları atacağını söyləyib: "Onlar bizi qışa belə hazırlayırlar".

 

“Kommersant” qəzetinin yazdığına görə, hərbi və açıq geyimlərə tələbat o qədər artıb ki, hazırda Rusiyada bədən zirehləri 1115 funt-sterlinqə, bir bel çantası 560 funt-sterlinqə, uyğun termal alt paltarın qiyməti isə 300 funt-sterlinqə qalxıb.

 

Qeyd edək ki, bu, Rusiyada 1941-ci ildən bəri elan edilən ilk səfərbərlikdir. Qərarın Rusiya ordusunu əlavə 300 min əsgərlə gücləndirəcəyi gözlənilirdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....

Ağ Şəhər ərazisində mənzildə partlayış baş verdi

Bakıda mənzildə partlayış baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   Bildirilib ki, "1...

Ronaldo “Əl-Nəsr”in ortaq sahibi olacaq

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” ilə müqaviləsini uzatdıqdan sonra klubun ortaq sahibi olacaq.   Sfera.az ...

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...