Hindistan nüvə gücünə malik raketi sınaqdan keçirdi

Hindistan nüvə gücünə malik raketi sınaqdan keçirdi

Hindistan nüvə başlığı daşıya bilən yerüstü orta mənzilli ballistik raket - “Agni Prime”ı uğurla sınaqdan keçirib.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinə yaxın mənbələr məlumat verib.


Raket Odişa sahilindəki sınaq poliqonundan buraxılıb.
 

Qeyd edək ki, bu 1000-2000 km məsafə qət edə bilən iki mərhələli raket “Agni Prime”nin üçüncü buraxılışıdır.
 

Sınaq uçuşu zamanı raket maksimum məsafəni keçib və bütün sınaq məqsədləri uğurla yerinə yetirilib. “Agni Prime” raketinin bu ardıcıl üçüncü uçuş sınağı sistemin dəqiqliyi və etibarlılığını təsdiq edib.
 

Xatırladaq ki, əvvəlki raket sınaqları ötən ilin iyun və dekabr aylarında həyata keçirilib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...

Tacikistan seçkiləri müşahidə etmək üçün 26 ölkəyə dəvət göndərdi

Tacikistan 2025-ci il martın 2-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün 26 ölkəyə və beynəlxalq təşkilatlara dəvət göndərib.   Sfera....

Ağ Şəhər ərazisində mənzildə partlayış baş verdi

Bakıda mənzildə partlayış baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.   Bildirilib ki, "1...

Ronaldo “Əl-Nəsr”in ortaq sahibi olacaq

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” ilə müqaviləsini uzatdıqdan sonra klubun ortaq sahibi olacaq.   Sfera.az ...

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...