Survivor iştirakçısından Acun Ilıcalıya qarşı 200 min avroluq iddia

Survivor iştirakçısından Acun Ilıcalıya qarşı 200 min avroluq iddia

Survivor 2020-2021 mövsümündə yarışan və zədə səbəbindən yarışı tərk edən Sofiya Marqariti Yunanıstana qayıtdıqdan sonra Acun Ilıcalı və “Acunnmedya”nı məhkəməyə verib. Sofiya ona dəymiş mənəvi ziyana görə 200 min avro təzminat tələb edir. Marqaritinin vəkili Acun Ilıcalıya qarşı “Müvəkkilim zədəli olmasına baxmayaraq oynamağa məcbur etdilər” ittihamı irəli sürüb.


Sofiya Marqariti 2020-2021 mövsümündə Survivorda yarışarkən ayağından aldığı zədə nəticəsində yarışı tərk etməli olub. Yarışdan sonra Yunanıstana qayıdan yarışmaçı Acun Ilıcalı və komandasını yaşadıqlarına görə ittiham edərək məhkəməyə müraciət edib.


Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, “Survivor” və səlahiyyətlilərini 200 min avro dəyərində mənəvi ziyana görə məhkəməyə verən rəqibin vəkili Apostolos Lytras:


“Müvəkkilim yaralananda ilk tibbi yardımı yaralı olmayan biri edib. Həkim olmasına baxmayaraq ona "feldşer" deyirdilər. Realiti-şouda həkiminin səhv müdaxiləsi səbəbindən müvəkkilim yeriyə bilmir. Yunanıstanda isə ona çox fərqli diaqnoz qoyulub. Zədə aldığı halda, yarışa davam etməyə məcbur edilib. Bunlara görə heç bir təzminat ola bilməz, amma biz 200 min avroluq təzminat işi qaldırmışıq. Əminik ki, Yunanıstan məhkəmələri ən doğru qərarı verəcək”-deyə bildirib.


Rəqibin iddiasına “Acunnmedya” da mövzu ilə bağlı açıqlama verib.
 

İddiaları təkzib edən şirkətdən verilən açıqlamada:
 

“Biz qətiyyətlə bildiririk ki, şirkətimiz keçmiş futbolçu ilə bağlı internetdə dərc olunan yazılara görə oyunçunun ümumi səhhətinə və habelə konkret zədələnməsinə görə heç bir məsuliyyət daşımır. Şirkətimizə qarşı əsassız və böhtan iddialarla dolu olan bu şikayəti qətiyyətlə rədd edirik”-bildirilib.
 

“İstənilən halda, həqiqəti üzə çıxarmaq üçün bildiririk ki, şirkətimiz bütün rəqiblərin, o cümlədən sözügedən rəqibin zədə alması halında bütün lazımi tibbi xərcləri və müvafiq sığorta vasitəsilə qarşılamağı öhdəsinə götürür. “Saint Dominic”də və Yunanıstana qayıtdıqdan sonra ölkənin ən yaxşı özəl xəstəxanalarından birində müvafiq tibbi müdaxilələr və müayinələr aparılır. “Acun Medya”nın dəyərləri və peşəkarlığı heç bir yalan məlumatın yayılmasına və dərcinə imkan vermir. Şirkətimizin nüfuzuna və statusuna qarşı və bütün hüquqlar açıq şəkildə qorunur”.

 

Aynil

 

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...

Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 2...

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

 “Karabakh-Pakistan” şirkəti ilə  Pakistanın ən böyük iqtisadiyyatına malik olan və milli ÜDM-ə ən çox töhfə verən Pəncab əyalətinin Sənay...

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...