General Surovikinin qorxunc Xerson planı - “Atom bombası” gücündə su...

General Surovikinin qorxunc Xerson planı - “Atom bombası” gücündə su...

Kremlin yeni planı açıqlanıb.

 

Sfera.az bildirir ki, bu barədə ABŞ-da yerləşən beyin mərkəzi məlumat yayıb. İddia edilib ki, Rusiya Xerson bəndini partladaraq şəhəri sular altında saxlaya və  “saxta bayraq” əməliyyatı (ictimaiyyəti aldatmaq üçün hazırlanmış gizli əməliyyatlar) ilə Ukraynanı kütləvi ölüm və dağıntılarda ittiham edə bilər.

 

Məlumata görə, sözügedən bənd Xerson şəhərindən təqribən 35 mil hündürlükdə yerləşən və Sovet dövründə tikilmiş Kaxovka su elektrik stansiyasının bir hissəsidir. Bölgə yüz minlərlə insanı elektrik enerjisi ilə təmin edir. Ekoloqların sözlərinə görə, bəndin partladılması  kəndlərə və qəsəbələrə “atom bombası” gücündə su göndərəcək.

 

“Rusiya ordusu inanır ki, bənd dağılarsa, bu, Ukraynanın irəliləməsinə mane olacaq və ya gecikdirəcək”, deyə mərkəz vurğulayıb. Xerson əsgərləri və sakinləri  də “The Telegraph”a açıqlamalarında bundan narahat olduqlarını bildiriblər. 

 

Müharibə Araşdırmaları İnstitutu isə qeyd edib ki, Kreml hazırda obyektləri partlatmaq, kənd və şəhərləri dağıtmaq üçün zəmin yaradır. Qurumun iddiasına əsasən, “saxta bayraq” əməliyyatı Rusiyanın Ukraynadakı əməliyyatların baş komandanı general Sergey Surovikinin fikridir. Bu həftənin əvvəlində də general Surovikin ordunun Xersonda çətinlik çəkdiyini etiraf etmiş, Rusiyanın texniki və inzibati problemlərlə mübarizə apardığını demişdi. Müharibə Araşdırmaları İnstitut həmçinin bildirib ki, Rusiya qoşunlarını təchiz etməkdə çətinlik çəkdiyi üçün Xersondan geri çəkilmək istəyir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Prezidentdən mühüm mesaj: Bizimlə hesablaşmayan...

Bu, (Vətən müharibəsində Zəfər – red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş ...

Rusiyalı müğənni Anna Netrebko axtarışa verildi

Rusiya və Avstriya opera müğənnisi Anna Netrebko axtarışa verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanal...

Abşeronda Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi- FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib....

Prezidentlə xanımının incəsənət xadimləri ilə səmimi- GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.   Sfera.az&...

Yasda iştirak edən qadın qəfil öldü

Mingəçevirdə yas məclisində iştirak edən qadın ölüb.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən mərasim evind...

1172-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1172-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Na...