Logo

Turistlər “Game of Thrones” serialının çəkildiyi şəhərə axın edir  - FOTO

Turistlər “Game of Thrones” serialının çəkildiyi şəhərə axın edir - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xorvatiyanın sahil şəhəri, orta əsr əsərləri ilə tanınan və eyni zamanda “Game of Thrones” fenomen serialına ev sahibliyi edən Dubrovnik öz ziyarətçilərini gözəlliyi ilə valeh edir.

Sfera.az xəbər verir ki, Xorvatiyanın Adriatik dənizi sahilində tarixi Dubrovnik şəhərinə serial pərəstişkarları durmadan axın edir.

Divarlarla əhatə olunmuş köhnə şəhər tarixi mənbələrə əsasən 1365-ci ildə Osmanlı himayəsinə götürülüb.

Füsunkar dəniz mənzərəsi ilə görənləri valeh edən Dubrovnik 1991-1995-ci illərdə bölgədə gedən müharibə zamanı Serb qüvvələrinin hücumu nəticəsində böyük ziyan görüb.

Bərpa işləri ilə “yaralarını sağaltmağı” bacaran tarixi şəhər ilin hər fəslində dünyanın hər yerindən minlərlə turisti qəbul edir.

Dubrovnik bütün dünyada izləmə rekordları qıran “Games of Thrones” serialının yer aldığı məkanlardan biri olduğu üçün daha çox diqqət çəkib.

Təkcə 2011-2019-cu illərdə şəhərə milyonlarla turistin gəldiyi bildirilir.

Orta əsr atmosferi hökm sürür

YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Dubrovnikin adına tarixi mənbələrdə 7-ci əsrdən bəri rast gəlmək mümkündür.

Dubrovnik bir çox dünyaca məşhur simaların da tətil üçün üstünlük verdiyi şəhərlərdən biri olmaqla yanaşı, ən çox ziyarət edilən yerlər arasındadır.

Stradun küçəsi, Xovlu qapısı, Sponza sarayı, Onofrio fəvvarəsi, Rektor sarayı və Lovrijenac qalası şəhərin “görülməsi lazım olan” yerləri sırasındadır və tarixi meydanlar ziyarətçilərini sanki orta əsrlərdə tarixi səyahətə çıxarır.

Hər küncdən zirehli əsgər çıxacağı hissini verən Dubrovnik yayda dənizi, qışda isə tarixi yerləri ilə turistləri qəbul etməyə davam edir.

Aynil

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR