Əsəd “Həmas” heyətini qəbul etdi
Suriya prezidenti Bəşər Əsəd bu gün Fələstinin Həmas təşkilatının nümayəndə heyəti ilə görüşüb.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüş zamanı bölgədə Türkiyə detalları da müzakirə mövzusu olub.
Qeyd edək ki, “HƏMAS” 2011-ci ildə Suriyada başlayan müharibədə Əsəd administrasiyasına qarşı cəbhə tutmuş və Dəməşqdəki qərargahını bağlamışdı. 11 il sonra “HƏMAS” nümayəndə heyətinin Dəməşqə səfəri münasibətləri yenidən normallaşdırmaq üçün yeni səhifə cəhdi kimi qiymətləndirilib.
"Biz bu səfəri tarixi görüş və Suriya-Fələstin münasibətlərində yeni səhifə kimi görürük" - “HƏMAS” nümayəndə heyətinin rəhbəri Xəlil əl-Həyya bildirib. Əl-Həyya İsrailin bəzi ərəb ölkələri ilə münasibətləri normallaşdırmaq üçün atdığı addımdan sonra Suriya rəhbərliyi ilə dialoqa getməyə qərar verdiklərini və bu gün ərəb dəstəkçilərə ehtiyacı olduğunu vurğulayıb.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn ABŞ-ın vasitəçiliyi ilə 2020-ci ildə İsraillə normallaşma sazişi imzalayıb. Türkiyə və İsrail də avqust ayında dörd illik fasilədən sonra qarşılıqlı səfir təyin etmək qərarına gəldiklərini açıqlamışdılar.
Aynil






