Logo

Britaniyanın yeni daxili işlər naziri məlum oldu

Britaniyanın yeni daxili işlər naziri məlum oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qrant Şapps Britaniyanın yeni daxili işlər naziri təyin edilib.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Şapps keçmiş baş nazir Boris Conson hökumətində Nəqliyyat Departamentinin rəhbəri olub.

Qeyd edək ki, bu gün Britaniya Daxili işlər naziri Svella Braverman istefa verib. Bu son həftə ərzində Liz Truss hökumətinin tərkibindən istefa verən ikinci nazir olub.

Braverman Britaniyanın maliyyə naziri Kvazi Kvartenqin istefasından bir həftə sonra istefa verib.

Kvartenq baş nazir Trussın bir neçə həftə ərzində vəzifəsindən istefa vermə ehtimalının olduğunu bildirmişdi.

Digər Britaniya rəsmiləri də Trussın vəzifədən getməsinin an məsələsi olduğuna inanır. Belə ki, hökumət rəsmilərindən biri Trussın “deyəsən təslim olduğunu”, digər rəsmi isə hökumətin tez bir zamanda “iflic vəziyyətinə düşdüyünü” vurğulayıb.

Mətbuatda isə Böyük Britaniyanın Trussun siyasəti ucbatından iqtisadi güc statusunu itirmək riski daşıdığı bildirilir. Uğursuz iqtisadi plan ölkədə genişmiqyaslı vergi endirimi investorlarının funt sterlinqi satmağa başlamasına və məzənnəsinin rekord həddə düşməsinə səbəb olub.

Daha əvvəl Truss onun vergi siyasətinin krallıqda iqtisadi qeyri-sabitliyə səbəb ola biləcəyini etiraf etmişdi. O qeyd edib ki, Britaniya hökumətinin təşəbbüsü heç də bütün vətəndaşların xoşuna gəlməyəcək. Bununla belə, Truss düzgün hesab etdiyi dəqiq planı olduğunu vurğulamışdı.

Xatırladaq ki, Britaniyanın xarici işlər naziri vəzifəsini icra edən Truss sentyabrın 5-də baş nazir və Mühafizəkarlar Partiyasının rəhbəri seçilmişdi.

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR