Rusiya əhalini Xersondan köçürür – Ukrayna ordusu yeni əməliyyata hazırlaşır
Xerson vilayətinin Dnepr çayının qərb tərəfində yerləşən hissəsində yaşayan sakinlər çayın şərq hissəsinə köçürülür.
Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, buna səbəb Ukrayna ordusunun yeni əməliyyatlara hazırlaşmasıdır.
Qeyd edək ki, bundan əvvəl Xerson vilayətinin “başçısı” səlahiyyətlərini icra edən Vladimir Saldo təxminən 50-60 min sakinin Dnepr çayının digər sahilinə daşınacağını bildirmişdi. O, bütün prosesin təxminən altı gün çəkəcəyini təxmin edir.
Saldo bildirib ki, Ukrayna genişmiqyaslı hücum üçün qüvvələr toplayır və regionda döyüşlər başlaya bilər. Bundan əlavə, o, Kaxovskaya su elektrik stansiyasının bəndinin planlaşdırılan dağıdılması, eləcə də Dnepr boyunca elektrik stansiyalarından suyun axıdılması səbəbindən əraziləri su basması təhlükəsi barədə də xəbərdarlıq edib.
Vasif,
Sfera.az






