Bayden Pakistanı niyə hədəf götürüb? - ŞƏRH

Bayden Pakistanı niyə hədəf götürüb? - ŞƏRH

“ABŞ Prezidenti Co Bayden Demokratlar Partiyasının oktyabrın 13-də keçirilən toplantısında Pakistanla bağlı sərt çıxış edib. Ağ Ev sahibi deyib ki, Pakistan dünyada ən qorxulu dövlətlərdən sayılır. Bayden bunu onunla izah edib ki, Pakistanın malik olduğu nüvə silahı dünya üçün təhlükə yaradır”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Bayden demək istəyib ki, Pakistan nüvə silahı texnologiyalarını ABŞ-a düşmən olan ölkələrlə bölüşə bilər. Halbuki belə bir fakt yoxdur:

 

“Nüvə silahına malik olan dövlətlər qonşuluqlarında nüvə silahı olan ölkələrin olmasını istəmirlər. Məsələn, İran nüvə silahını əldə etmək üçün Pakistandan dəstək istəyə bilərdi. Ancaq bu Pakistanın təhlükəsizlik maraqlarına cavab vermir. Bu açıqlamadan dərhal sonra ABŞ-ın İslamabaddakı səfiri Pakistan Xarici İşlər Nazirliyinə çağrılıb və ona Baydenin açıqlamasına aydınlıq gətirilməsi tələb edilib. Baydenin açıqlaması Pakistanın siyasi dairələrində böyük etiraza səbəb olub. Pakistan cəmiyyətində əvvəl də anti-Amerika əhval-ruhiyyəsi mövcud idi Baydenin açıqlaması və münasibətləri daha da gərginləşdirdi”.

 

Politoloqun bildirib ki, “Soyuq müharibə” illərində Pakistan ABŞ-ın müttəfiqi olsa da sonradan durum dəyişib:

 

“SSRİ 1979-cu ildə Əfqanıstana hərbi müdaxilə etdikdə ABŞ Pakistanla birgə bu müdaxiləyə qarşı mübarizə aparır, əfqan mücahidələri silahlandırırdılar. “Soyuq müharibə” bitdikdən sonra ittifaqa ehtiyac azaldı. Bundan başqa, ABŞ-ın radikal islamçı qruplarla mübarizəsi başladı. Vaşinqtonda hesab edirlər ki, həmin islamçı qruplar Pakistanda dəstəyə malikdirlər.

 

Əslində Vaşinqtonun xarici və təhlükəsizlik siyasətindəki yanlışlıqlar Pakistanı başqa tərəfdaşlar axtarmağa məcbur edib. Bunun nəticəsidir ki, Pakistan Çinlə sıx tərəfdaşlıq münasibətləri qurub, iki ölkə müttəfiqdirlər, Rusiya və Çinin yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. İslamabadın bu siyasəti Vaşinqtonun xoşuna gəlmir və Bayden nüvə silahını bəhanə edərək Pakistanın siyasətinə təsir etmək istəyir. Necə ki, Vaşinqton yanlış siyasəti nəticəsində Türkiyəni özündən uzaqlaşdırıb, keçmiş tərəfdaşdan bölgədəki rəqibinə çevirib, eləcə də Baydenin son açıqlaması Pakistanı ABŞ-dan uzaqlaşdıracaq. Vaşinqton Hindistanı dəstəkləyir”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...