Ukraynada son durum – Rusiyanın dron hücumları davam edir

Ukraynada son durum – Rusiyanın dron hücumları davam edir

Yeni həftəyə Rusiyanın kamikadze dron hücumları ilə başlayan Ukrayna bu gün də partlayış səslərinə oyanıb.

 

Sfera.az bildirir ki, ilk hücum xəbəri şimaldakı Krivoy Roqdan gəlib. Səhər bir-birinin ardınca baş verən partlayışlardan bir az əvvəl həyəcan siqnalı çalınıb. Cənubi Nikolayev bölgəsində də hava hücumu siqnalı eşidilib. Xerson vilayətinin Nikolaev şəhəri də ruslar tərəfindən bombardman edilib. S-300 raketlərinin atıldığı Nikolaev hücumlar nəticəsində qaranlığa qərq olub.

 

İlkin məlumata görə, ikimərtəbəli binanın vurulması nəticəsində ən azı bir insan tələfatı var. Sonrakı dəqiqələrdə Ukraynanın paytaxtı Kiyevdə, Dneprdə və digər şəhərlərdə partlayış səsləri eşidilib. Ukrayna lideri Vladimir Zelenskinin müşaviri Kiyevdə enerji infrastrukturunu hədəf alan üç hücumun olduğunu açıqlayıb. Mer Vitali Kliçkonun sözlərinə görə, rus işğalçıları şəhərin Desnyanski rayonunda mühüm infrastruktur obyektlərinə zərbələr endiriblər.

 

Rusiya sərhədinə yaxın olan Xarkov da bombardman edilib. Mer İqor Terekhov “Telegram” hesabından "Xarkov hücuma məruz qalıb, beş dəqiqə ərzində iki şiddətli partlayış olub. İlkin məlumatlara görə, partlayışlar şəhərin sənaye obyektlərində baş verib" mesajını paylaşıb. Avropanın ən böyük atom elektrik stansiyasının yerləşdiyi Zaporojyadan və Kiyevin qərbindəki Jitomirdən də hücumlar barədə məlumatlar var.

 

Ukrayna lideri Zelenski isə şəhərlərə edilən hücumlarla bağlı verdiyi ilk açıqlamada “Ruslar əllərindən gələni etməyə davam edirlər”, deyə söyləyib. O, fikirlərini bu cür davam etdirib: “Terror dövlətinin bu əməlləri heç nəyi dəyişməyəcək. Onlar etdiklərinin cavabını verəcəklər".

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...