Canlı yayımda plakat açan jurnalistin uşağı əlindən alındı

Canlı yayımda plakat açan jurnalistin uşağı əlindən alındı

Moskva şəhər məhkəməsi Rusiyanın “Birinci Kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovanın 11 yaşlı qızının ondan alınaraq atasının himayəsinə verilməsi barədə qərar çıxarıb.

 

Sfera.az xəbər verir ki, jurnalistin qızının atasının yaşadığı Moskvaya necə qaytarılacağı hələlik açıqlanmayıb. Çox güman ki, Marina Ovsyannikova uşaq oğurluğuna görə beynəlxalq axtarışa veriləcək.

 

Belə ki, jurnalistin vəkili Dmitri Zaxvatov mətbuata açıqlamasında bildirib ki, jurnalist artıq Rusiyanı tərk edib və 11 yaşlı qızını da özü ilə aparıb.  

 

Onun Avropa ölkələrindən birində olduğu bildirilsə də konkret hansı ölkədə olduğunu məlum deyil.

 

Xatırladaq ki, M.Ovsyannikova bir müddət əvvəl Rusiyanın “Pervıy kanal”ının “Vremya” xəbərlər proqramında diktor Yekaterina Andreyevanın çıxışı zamanı üzərində "Müharibəyə yox, təbliğata inanmayın, burada sizi aldadırlar!" sözləri yazılmış plakat açıb. Buna görə də o, işdən çıxarılıb. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu...- Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...