İstanbulda hündürmərtəbəli binada yenidən yanğın baş verdi
Kateqoriya məlum deyil
Türkiyənin İstanbul şəhərinin Kadıköy səmtində 24 mərtəbəli binada yenidən yanğın baş verib.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumata görə, binanın üçüncü mərtəbəsində bu dəfə hələlik naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər göndərilib və qısa müddətdə yanğın nəzarət altına alınıb.
Qrupların binada soyutma işləri davam edir.






