Logo

Koronavirusa ən çox yoluxma bu ölkələrdədir

Koronavirusa ən çox yoluxma bu ölkələrdədir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 624 milyon 502 min 5-ə çatıb.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 567 min 70 nəfər COVID-19-dan ölüb.

Koronavirusa 30 milyondan çox yoluxmanın qeydə alındığı ölkələr arasında ilk sıralarda ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR