Nüvə fəlakəti riski son 60 ildə ən yüksək həddə çatıb - Elon Maskdan SOS çağırış

Qlobal nüvə fəlakəti riski son 60 ilin ən yüksək səviyyəsinə çatıb.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Elon Mask “Twitter”də məlumat verib.
“Hər il nüvə silahının buraxılması ehtimalı sıfırdan bir az yüksəkdir. İndi isə biz son 60 ildə ən yüksək risk altındayıq”- deyə “Tesla” rəhbəri bildirib.
Amerikalı iş adamı həmçinin dünyanı nüvə təhlükəsini və təhdid siyasətini dayandırmağa çağırıb.
“Bir gün bəşəriyyət Yer kürəsindəki bütün canlıları məhv edəcək nüvə silahlarını özünə qarşı hədəf almağı dayandırsa, çox gözəl olardı” - Mask əlavə edib.
Oktyabrın 11-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə təhlükəsi mövzusunu süni şəkildə şişirtməyə ehtiyac yoxdur. Onun fikrincə, analitiklər və politoloqlar bu məsələ ilə bağlı ictimaiyyətə açıqlamalarında maksimum məsulliyyətli davranmalıdırlar.
Xatırladaq ki, ötən günlərdə ABŞ prezidenti Co Bayden də Karib böhranından sonra ilk dəfə olaraq dünyanın nüvə təhlükəsi ilə üz-üzə olduğunu bildirmişdi.
Bu bəyanatı şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova Qərb ölkələrini nüvə qarşıdurması mövzusunu qəsdən təbliğ etdiklərinə görə qınayıb.
Aynil