“Biz sülh prosesini dəstəkləyirik” - Çavuşoğlu

“Biz sülh prosesini dəstəkləyirik” - Çavuşoğlu

“Bizim də, Azərbaycanın da bu məsələdə səmimi olduğunu bir daha söyləmək istərdim. Bu istiqamətdə hörmətli Prezidentimizin Paşinyanla həyata keçirdiyi görüş (Praqa görüşü) son dərəcə faydalı olmuşdur”.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Qətər Ali Strateji Komitəsinin səkkizinci toplantısı çərçivəsində qətərli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

Nazir Mövlud Çavuşoğlu hərtərəfli sülh anlaşması istiqamətində müzakirələrin davam etdiyini, Türkiyə ilə Ermənistan arasında münasibətlərə dair hər hansı bir anlaşmanın müzakirə olunmadığını, yalnız iki ölkə arasında normallaşma prosesinə dair addımların atıldığını, bu məqsədlə də xüsusi nümayəndələrin artıq dörd dəfə bir araya gəldiyini diqqətə çatdırıb:

 

"Cənubi Qafqazın sabitliyi və davamlı sülhü üçün əsas maneə indiyədək Ermənistan ilə Azərbaycan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmamasıdır. Biz bu prosesi dəstəkləyir və bütün bu məsələləri Azərbaycanla koordinasiya edirik. Bu, təbiidir və yaddan çıxmamalıdır".


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...