Hollandiya şahzadəsi evindən bayıra çıxa bilmir

Hollandiya şahzadəsi evindən bayıra çıxa bilmir

Bir müddətdir şəxsi həyatındakı hadisələrlə gündəmdə olan Hollandiya şahzadəsi Amaliya haqqında atası Kral Willem-Alexanderin açıqlaması hər kəsi şoka salıb.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, Hollandiya kralı Willem-Alexander bir müddətdir kriminal qruplaşmaların hədəfinə çevrilən 18 yaşlı vəliəhd şahzadə Amalianın təhlükəsizlik səbəbilə evdən çıxa bilmədiyini açıqlayıb.


Anası Kraliça Maksima da Amsterdam Universitetində siyasət, hüquq və psixologiya təhsili alan Şahzadənin təhdidlər səbəbindən paytaxtdakı tələbə evində qala bilmədiyini açıqlayıb.


Hollandiya mətbuatı ötən ay prokurorluq mənbələrinə istinadən narkotik biznesi ilə məşğul olan qruplaşmaların Şahzadə Amalia və Baş nazir Mark Rutteni hədəf aldığını və bu səbəbdən onların təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlamışdı.


Hollandiya Kralı Willem-Alexander və Kraliça Maksima İsveçə rəsmi səfər zamanı təşkil edilən mətbuat konfransında jurnalistlərin ünvanladığı suala Şahzadə Amalianın Amsterdamda yaşamadığını və təhlükəsizlik səbəbiylə Haaqadakı evini tərk edə bilməyəcəyini bildirmişdilər.
 

Kraliça Maksima Şahzadənin digər dostları kimi tələbəlik həyatının olmadığını deyib.


Amalianın Amsterdamda yaşamadığını və evdən çölə çıxa bilmədiyini qeyd edən Kraliça "Uşağınızın belə yaşadığını görmək xoş deyil"-deyib.


Təhdid və təhlükəsizlik tədbirləri ilə bağlı açıqlama verməkdən yayınan Hollandiya Baş naziri şahzadə Amaliya üçün çox üzgün və narahat olduğunu vurğulayıb.
Ədliyyə və Təhlükəsizlik naziri Dilan Yeşilgöz isə Twitter hesabından verdiyi açıqlamada "Sizi əmin edə bilərəm ki, təhlükəsizlik orqanları Amalianın təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz var gücü ilə çalışır" deyib.

Hollandiya Prokurorluğu idə xəbərləri şərh etməkdən imtina edib.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...