Türkiyədə mədəndəki partlayışda 2 nəfər öldü - YENİLƏNDİ

Türkiyənin Bartın şəhərinin Amasra rayonunda yerli saatla 18:45-də mədəndə partlayış baş verib.
Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerin altında fəhlələrin olduğu bildirilib.
Hadisə yerinə çox sayda təcili yardım maşınları göndərilib.
Bartın valisi Nurtaç Arslan partlayışın hansı səbəbdən baş verdiyinin hələlik məlum olmadığını qeyd edib.
***
Hadisə zamanı mədəndə 87 işçinin olduğu ehtimal edilir. Ümumilikdə isə orada 400 nəfər çalışıb. Dağıntılar altında qalanlardan 6-nın hərəkətsiz vəziyyətdə oluğu görülüb. Hadisə yerinə xeyli sayda təcili yardım briqadası cəlb olunub.
***
Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca şəxsi “Twitter” hesabında məlumat verib.