Biz qarşımıza Ukraynanı məhv etmək tapşırığı qoymamışıq - Putin

Biz qarşımıza Ukraynanı məhv etmək tapşırığı qoymamışıq - Putin

“Biz qarşımıza Ukraynanı məhv etmək tapşırığı qoymamışıq”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçıları Şurasının Zirvə toplantısından sonra Astanada keçirdiyi mətbuat konfransında bildirib.

 

O, Krımın ilhaqını belə izah edib: “Onlar Krımın suyunu kəsdilər. Qoşunlar ora daxil oldu və Krımın suyunu açdı. Onlar bunu etməsəydi, əks tədbir görülməzdi”.

 

Rusiya Prezidenti hazırda kütləvi avia və raket zərbələrinə ehtiyac olmadığını söyləyib: “Səfərbər olunanların 16 mini döyüş tapşırıqlarını icra edirlər”.

 

Rusiya Prezidenti Ukrayna hadisələrinə görə təəssüflənmədiyini də bildirib: “Mən heç nəyə görə təəssüf etmirəm”.


OXŞAR XƏBƏRLƏR