Kuleba ABŞ-ın keçmiş səfiri ilə danışdığını zənn edərək bu sirri açdı - VİDEO

Kuleba ABŞ-ın keçmiş səfiri ilə danışdığını zənn edərək bu sirri açdı - VİDEO

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba rusiyalı “pranker”lər tərəfindən aldadılıb.

 

Sfera.az bildirir ki, prankerlər özünü ABŞ-ın keçmiş səfiri kimi qələmə veriblər. Videogörüşün ortaya çıxan görüntülərində Dmitro Kuleba Kerç körpüsünə edilən hücuma, eləcə də Ukrayna ilə sərhəddə Rusiyanın bir şəhərində elektrik təchizatını dayandıran növbəti partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

 

Nazirin həqiqətən ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolla danışdığına inandığı vurğulanıb. O, qarşı tərəflə danışığı zamanı bu cümlələrdən istifadə edib: “Məndən Krımda və ya Belqorodda o yerləri kimin partlatdığını soruşsanız, təkbətək danışdığımızı  və “Zoom” zəngində məxfiliyə sahib olduğumuzu düşündüyüm üçün deyə bilərəm ki,  bəli, bunu edən biz idik. Krım, ilk növbədə, Ukraynadakı rus ordusu üçün sursat mənbəyi və onların vuran təyyarələri üçün hava bazası idi.  Buna görə də Kırımda aviasiya üçün sursat anbarlarının məhv edilməsi Rusiyanın Ukraynadakı döyüş qabiliyyətinə birbaşa təsir edir”.

 

Məlumata görə, nazirlə “zarafatlaşanlar” isə  “Vovan və Lexus” kimi tanınan komediya dueti  Vladimir Kuznetsov və Aleksey Stolyarov olub. Onlar daha öncə də oxşar addımlar atıblar. Belə ki, mart ayında Vovan və Lexus Britaniyanın müdafiə naziri Ben Uollesi aldadaraq özlərini ukraynalı siyasətçi kimi göstərib və Ukraynanın nüvə ambisiyalarını müzakirə ediblər.

 

 

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...