“Onun sözlərini eşidəndə az qala stuldan yıxılacaqdım” – Makrona ETİRAZLAR

“Onun sözlərini eşidəndə az qala stuldan yıxılacaqdım” – Makrona ETİRAZLAR

Fransa prezindeti Emmanuel Makronun Rusiyanın nüvə təhdidi ilə bağlı gözlənilməz açıqlamaları dünyada soyuq duş effekti yaradıb.

 

Sfera.az bildirir ki, Makronun Rusiyanın Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə Fransanın bu silahından istifadə etməyəcəyini deməsi Polşa, Rumıniya, Slovakiya kimi NATO-ya üzv olan Avropa ölkələrində səs-küy yaradıb. Çünki NATO müqaviləsinin 5-ci maddəsinə əsasən, hücum zamanı üzvlər digərlərinin müdafiəsini təmin etməlidir.

 

Makronun sözügedən çıxışı həm də ölkə daxilində sərt tənqid edilib, Fransa müxalifətinin reaksiyasına səbəb olub. Belə ki, Fransanın keçmiş prezidenti Fransua Olland yerli mediaya açıqlamasında “Makron mümkün qədər az danışmalı və mümkün qədər daha çox şey etməyə hazır olmalıdır”, deyib.

 

Strateji Tədqiqatlar Fondunun beyin mərkəzinin direktor müavini Bruno Tertrais Fransa liderinə müraciət edərək bunları söyləyib: “Düşünürəm ki, düzgün cavab bu olmalı idi: mən bu oyunu oynamayacam. Cənab Putin artıq uduzacağını bilməlidir”.

 

Mühafizəkar deputat Jan-Luis Tiyerio isə Makronun çıxışı ilə bağlı fikirlərini bu cür ifadə edib: “Onun dediyini eşidəndə az qala oturduğum stuldan yıxılacaqdım. Bu, siyasi səhv idi”.

 

Emmanuel isə Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə Fransanın ənənəvi cavabının nə olacağı ilə bağlı heç bir açıqlama verməyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...