“Modern Talking”in qurucusu Rusiyaya sanksiyaları TƏNQİD ETDİ

“Modern Talking”in qurucusu Rusiyaya sanksiyaları TƏNQİD ETDİ

“Modern Talking”in təsisçisi Dieter Bohlen Rusiya əleyhinə sanksiyaları tənqid etməsilə gündəm olub. 
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Dieter Bohlen Rusiya əleyhinə sanksiyalara qarşı çıxdıqdan sonra Ukraynada və eləcə də bəzi ölkələrdə izləyicilərin tənqidlərinə məruz qalıb.

 

Sanksiyaların Avropanı enerji böhranına sürüklədiyini vurğulayan Bohlen məhdudiyyətlərin Rusiya qazının Asiyaya daha da baha qiymətə satılmasına səbəb olacağını qeyd edib. 


Prodüser həmçinin Rusiya və Ukraynanın danışıqlar masası arxasına əyləşməsinin vacib olduğunu bildirib.

 

Bolenin sözləri Ukrayna əhalisinin hiddətinə səbəb olub. Boks üzrə keçmiş dünya çempionu Vladimir Kliçko ona müraciət edərək enerji böhranının Rusiyanın Donbassda keçirdiyi əməliyyatlardan sonra yarandığını bildirib. Kliçko Bohlenin sözlərini rus təbliğatı adlandırıb.

 

Digər internet istifadəçiləri də Bohlenin siyasi mövzularda fikir bildirməməsinin daha yaxşı olduğunu yazıblar. Onu bu yaxınlarda Ukraynadakı vəziyyətlə bağlı bir sıra tvitlər yazan amerikalı iş adamı İlon Mask ilə müqayisə ediblər.

 

Xatırladaq ki, Mask münaqişənin həlli yolu və Krımın Rusiyaya məxsus olması ilə bağlı mübahisələrə son qoymaq üçün BMT-nin iştirakı ilə Donbassda təkrar referendumların keçirilməsini təklif etmişdi.

 

O həmçinin Donbass və Krım sakinlərinin taleyini özlərinin həll etməli olub-olmaması və bu ərazilərin Rusiyaya, yoxsa Ukraynaya məxsus olması ilə bağlı sorğu dərc edib. Mask istənilən münaqişə zonasında orada yaşayanların iradəsini qorumaq lazım olduğunu vurğulayıb. O, Ukraynanın bir sıra şərq bölgələrində rusların çoxluq təşkil etdiyini və bu səbəbdən Rusiyanı seçdiyini deyib.

 

Bundan sonra Ukraynada Maskın təsviri olan reklam lövhələri küçələrdən yığışdırılmağa başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...