Rus raketləri yenə işə düşdü: Ukraynalılar bunkerlərə endi 

Rus raketləri yenə işə düşdü: Ukraynalılar bunkerlərə endi 

Ukraynada hava hücumu siqnallarının səsindən sonra insanlar yenidən bunkerlərə enib.

 

Sfera.az bildirir ki, Rusiya bu dəfə Zaporojyeni hədəf alıb.

 

Bölgə qubernatoru Oleksandr Starux “Telegram”da yayımladığı mesajda şəhərin infrastrukturunun bombardman edildiyini deyib. Şəhərə 12 raket atıldığı və bir nəfərin öldüyü açıqlanıb. Moskva hələlik hücumla bağlı açıqlama verməyib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bazar günü Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünə böyük ziyan vuran partlayışı "Ukrayna xüsusi xidmət orqanlarının terror aktı" adlandırıb və dünənki hücumların buna cavab vermək üçün təşkil edildiyini bildirib. Əsasən infrastrukturları hədəf alan hücumlarda paytaxt Kiyev aylar ərzində ilk dəfə raketlərlə vurulub. Ukrayna hakimiyyəti dünənki hücumlarda azı 19 nəfərin öldüyünü, 105 nəfərin yaralandığını açıqlayıb.

 

Türkan,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tanınmış reperin həbsxanadan görüntüsü yayıldı - FOTO

“Havhavhav” mahnısı ilə məşhurlaşan reper Süleyman Burak bir müddət əvvəl narkotik istifadəsini təşviq etdiyinə görə həbs edilmişdi. Sfera.az T...

Ukrayna atəşkəs istəyir, Rusiya isə yayınır - İstanbul görüşü nəyi dəyişəcək?

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya 15 may tarixində İstanbulda birbaşa sülh danışıqlarına yenidən başlamağı təklif edib. Ukrayna Prezidenti Volodim...

Xalq artisti “Lamborghini”ni 300-lə sürdü - VİDEO

Xalq artisti Yusif Eyvazov Almaniyada saatda 300 km sürətlə “Lamborghini” idarə edib.   Sfera.az “Qafqazinfo”a istinadən xəbə...

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər - AÇIQLAMA

Bankların kredit faizlərinin yüksək olması vətəndaşların hər zaman şikayətlənməsinə səbəb olur. Onları narahat edən digər məqam isə bəzi bankların kredit ödəniş...

Bəzi yerlərə leysan yağdı

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə leysan xarakterli intensiv olub.   Bu barədə Sfera.az-a Milli Hidrometeoro...

“Dünyanı idarə edən qlobal güc yoxdur” - VİDEO

“Bu gün dünyada 150-dən çox münaqişə var. Bu onu göstərir ki, qlobal idarəçilik bərbad vəziyyətdədir, dünyanın heç kim idarə edə bilmir. BMT belə öz funku...