Logo

ABŞ və Rusiya əsgərlərinin son görüntüləri gündəm oldu - FOTO

ABŞ və Rusiya əsgərlərinin son görüntüləri gündəm oldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ və Rusiya əsgərlərinin son görüntüləri gündəm olub.

Sfera.az bildirir ki, Türkiyədən cəmi 6 kilometr uzaqlıqda olan Əl Qəhtaniyyədə qarşılaşan Amerika və Rusiya konvoyları “Agence-France Presse” (AFP) xəbər agentliyi üçün birlikdə pozalar verib. Beynəlxalq agentliyin fotomüxbiri Dəlil Süleymanın imzası ilə çəkilən kadrlarda əsgərlərin neft yatağının yaxınlığında gülümsəyərək obyektivlərə baxdıqları görülüb.

ABŞ və Rusiya əsgərlərinin son görüntüləri gündəm oldu - FOTO

AFP-nin “Rusiya və Amerika əsgərləri Suriyada nadir dostluq nümayiş etdirdi” başlığı ilə təqdim etdiyi xəbərin fotoşəkillərində diqqət çəkən başqa bir detal isə Ukrayna işğalının simvolu halına gələn “Z” hərfinin Rusiya zirehli maşınlarında açıq şəkildə görünməsi olub. Agentlik vurğulayıb ki, bu, supergüclərin qoşunlarının Suriyanın şimalında ilk kəsişməsi olmasa da, əvvəlki görüşlərdə ara-sıra gərginlik yaşanıb:

ABŞ və Rusiya əsgərlərinin son görüntüləri gündəm oldu - FOTO

“Bu dəfə isə nadir addım atıldı – bir-birinin yanından keçən konvoylar dayandı, əsgərlər maşınlardan düşüb görüşdülər, danışıb foto çəkdirdilər. Vaşinqton və Moskva arasındakı pis münasibətlərə baxmayaraq, Əl Qəhtaniyyədəki görüş dostluq şəraitində keçib”.

ABŞ və Rusiya əsgərlərinin son görüntüləri gündəm oldu - FOTO

Digər tərəfdən “BBC” Rusiya sosial şəbəkələrində yayılan videolardan birindəki maraqlı nüansı vurğulayıb. Qeyd olunub ki, əsgərlərin görüşünü əks etdirən videogörüntülərdə amerikalılar yola düşərkən ruslardan biri öz dilində onları məğlub edəcəyinə söz verib.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR